CƏMİYYƏT


Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır

Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 30-da səhər saatlarından etibarən paytaxtdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq dördüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq paytaxt sakinlərinin ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə bir gün əvvəl KİV-lər vasitəsilə xəbərdarlıq edilib.