CƏMİYYƏT


Meyvə bağlarının yetişdirilməsində yeniliklər – Özəllikləri və ənənəvi bağlardan fərqləri

Qusar rayonunun Qullar kəndində salınmış müasir meyvə bağlarında alma, gilas, nektarin və armud becərilir. Burada əkilən ağacların tingləri əsasən Türkiyə və İspaniyadan gətirilib.
Fermer Elçin Həsrətov bildirir ki, ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.