CƏMİYYƏT


Gömrükçülər 281 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Avstriyaya “kişmiş” yükü daşıyan iki ədəd “Daf” markalı 34AA941/34AA942 və 91D657-10/91D658-10 qeydiyyat nişanlı yük avtomobillərində külli miqdarda narkotik vasitələrin gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Daxil olmuş məlumat əsasında Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriyaya “kişmiş” yükü aparan İran vətəndaşları Mırzaeısaatlou Akbar Parvızın və Abdelıkhanghah Ramın Mashatlının idarə etdikləri yük avtomobilləri saxlanılaraq gömrük nəzarətinə cəlb olunub. Kinoloji xidmət itləri xüsusi işarə və hərəkətlərlə yük avtomobillərinə reaksiya verdiyindən Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən avtomobillər rentgen qurğusunda yoxlanılıb.