DÜNYA


ABŞ-da polis aksiya iştirakçıları qarşısında diz çökdü

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi nümayişlər davam edir. AZƏRTAC "NBC” televiziyasına istinadən xəbər verir ki, Nyu Yorkun müxtəlif məkanlarında bu gün poilislərin aksiya iştirakçıları qarşısında etdiyi jest tam olmasa da müəyyən insanlar tərəfindən xoş qarşılanıb. Hətta Times Meydanında toplanan izdiham önündə diz çökən polisi aksiya iştirakçılarından biri qucaqlayıb.