Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nyu-Yorkda mağazalar, ticarət mərkəzləri qarət edilir

02.06.2020 [10:35]

ABŞ-da afroamerikalı Corc Floydun ölümü ilə bağlı başlanmış dinc aksiyalar Nyu-Yorkun mərkəzində kütləvi soyğunçuluqlarla əvəz olunub. AZƏRTAC “RİA Novosti”yə istinadən xəbər verir ki, nümayişçilər Nyu-Yorkun Beşinci avenyusunda yerləşən ticarət mərkəzlərinə, ofislərə, mağazalara basqın edirlər.