CƏMİYYƏT


“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılıb

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub.
Hazırda kompleksdə məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. Bura əsasən, paytaxtın Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Kompleksdə yerləşdiriləcək məcburi köçkün ailələrinin bir qrupu üçün iyunun 2-də püşkatma keçirilib. Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşmış 100-dən çox məcburi köçkün püşkatmada iştirak edib. Püşkatma Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimində tətbiq etdiyi qaydalara uyğun formada, sosial məsafənin qorunması şəraitində təşkil edilib.