CƏMİYYƏT


İsmayıllı Velosiped Zavodunda istehsal edilən modellərin sayı 50-yə çatıb REPORTAJ

İsmayıllı Velosiped Zavodu (İSMA BİKE) 2016-cı ilin avqust ayında fəaliyyətə başlayıb. Zavodun əsas fəaliyyət sahələri velosipedlərin və əlil arabalarının istehsalıdır.
AZƏRTAC xəbər verir ki, hazırda zavodda 30 işçi çalışır və onlar əsasən İsmayıllı rayonundan olan gənclərdir. Zavod açılanda 3 əsas modeldə velosiped istehsal edilsə də, mühəndis-konstruksiya işləri genişləndirilərək modellərin sayı 50-yə çatdırılıb.
Zavodda istehsal edilən məhsullar satış məqsədilə hələlik yerli və paytaxt bazarlarına çıxarılsa da, gələcəkdə xarici bazarlara ixrac da qarşıya qoyulan əsas hədəflərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır