DÜNYA


Parisdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

ABŞ-da Corc Floyd kimi, saxlanılarkən boğularaq öldürülən 24 yaşlı Adama Traore üçün Fransada minlərlə insan küçələrə çıxıb. Paris Valiliyinin etiraz aksiyası qadağasına baxmayaraq, “Adama üçün Ədalət Kollektivi” çağırışı ilə Məhkəmə qarşısında toplaşan nümayişçilər polisin zorakılığına etiraz ediblər. Polis 20 minə yaxın nümayişçiyə qarşı gözyaşardıcı qazdan istifadə edib.