SİYASƏT


Karantinin yumşaldılması məhdudlaşdırılacaq

Son günlər koronavirusla bağlı yoluxmanın artması müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl etməmələridir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir:
"Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumıar qərargaha müraciət ediblər.
Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkətin tam məhdudlaşdırılması, iş rejimləri məhdudlaşsdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək".