CƏMİYYƏT
Bakıda 29 dərəcə isti olacaq
04.06.2020 [14:07]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20°, gündüz 25-29° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaq.