CƏMİYYƏT


Bakıda polis hamilə qadını xəstəxanaya çatdırdı

Bakının Xətai rayonunda hamilə qadına ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən köməklik göstərilməklə onun vaxtında xəstəxanaya çatdırılması təmin edilib.
DİN-dən AZƏRTAC-a verilən məlumata görə, qadının həyat yoldaşı əvvəlcə ərazidə xidmət aparan polislərə bu barədə məlumat verib.
Polislər dərhal xidməti avtomobillə qadını və onun həyat yoldaşını xəstəxanaya aparıblar. Hazırda ananın vəziyyəti yaxşıdır.
Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır