CƏMİYYƏT


Bayılda karantin qaydalarını pozaraq bir yerdə toplaşıb domino oynayanlar saxlanılıb

Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarını zidd bir yerə toplaşıb domino oynadığı ortaya çıxıb. Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır