Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 35° isti olacaq

09.06.2020 [13:16]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 31-36° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq.