CƏMİYYƏT


“Yüksəliş” müsabiqəsi iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq

“Yüksəliş” müsabiqəsi sistemli və məqsədli iş prinsipi ilə həm dövlət, həm özəl strukturların etimadını qazanıb. İşçi Qrupu tərəfindən ölkənin peşəkar idarəçiləri, tanınmış ictimaiyyət adamları ilə mütəmadi təşkil olunan vebinarlar da iştirakçılarla daim ünsiyyətdə olmaq, onlarla faydalı məlumatları, tövsiyələri bölüşməyə xidmət edir. Hazırda əyani mərhələnin videomüsahibə turunun 940 iştirakçısı ilə birgə növbəti mərhələlərə hazırlıq prosesini uğurla davam etdirən müsabiqə idarəçi rəhbərlərin də diqqətindədir. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər yer alır.
Bu dəfə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəhbərlərə tövsiyələrini bildirib.