SİYASƏT


Sabah 210 Azərbaycan vətəndaşı Nyu-Yorkdan Bakıya gətiriləcək

Xaricdən Azərbaycana çarter uçuşlar da davam edir. Dağıstandan bu gün 130 nəfər gətirilərək karantinə alınıb. İyunun 10-da isə Nyu Yorkdan 210 nəfər Bakıya gətiriləcək. Xaricdə olan vətəndaşlarımızın gətirilməsi prosesi mərhələli şəkildə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.