CƏMİYYƏT


BMT-nin Baş katibi qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət yayıb

BMT-nin Baş katibi Antonio Quterreş qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciət yayıb
BMT-nin Azərbaycandakı ofisindən AZƏRTAC-a bildiriblər ki, videomüraciətdə deyilir:
“Dünyanın 7,8 milyard nəfər təşkil edən əhalisini təmin etmək üçün kifayət qədər ərzaq var. Lakin hazırda 820 milyondan çox insan ac qalır. Yaşı 5-ə qədər olan təxminən 144 milyon uşaq, – bu, dünyadakı uşaqların beşdəbirindən çoxdur, - böyümədə gecikir. Ərzaq sistemlərimiz yaxşı işləmir və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırır. Təcili tədbirlər görülməsə, qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür. Bu isə yüz milyonlarla uşağa və böyüyə uzunmüddətli təsir göstərə bilər.