CƏMİYYƏT


Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alanlar var

Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə magistralın Xaçmazın Çarxı kəndi ərazisində keçən hissəsində qeydə alınıb. "BMW" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.