Ceyranbatanda yanğın helikopterlərlə söndürülür
11.06.2020 [13:10]
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin aviasiya dəstəsinin iki helikopteri cəlb olunub.