CƏMİYYƏT


Bakıda 37 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 34-38, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 35-40, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.