CƏMİYYƏT


Temperatur 40 dərəcəyədək artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli və isti olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24°, gündüz 35-40° isti, Bakıda gecə 21-23°, gündüz 38-40° isti olacaq.