SİYASƏT


Avropa Xəbər Agentlikləri Alyansı: Pandemiya dövründə informasiya istehlakı artsa da, xəbər müxtəlifliyi azalıb

Pandemiya dövründə informasiya istehlakı artsa da, xəbər müxtəlifliyi azalmağa doğru dəyişib. İş formatında və üslubunda da müəyyən dəyişikliklər baş verib.
Bu məsələlər Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin iyunun 12-də keçirilən onlayn görüşündə müzakirə olunub.
Görüşdə Fransanın France Press, Almaniyanın DPA, Türkiyənin Anadolu, İspaniyanın EFE, Finlandiyanın STT, Ukraynanın Ukrinform və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər. Azərbaycanı Alyansın üzvü olan AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanov təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır