DÜNYA


İstanbulun Okmeydanı bölgəsində partlayış baş verib

İstanbulun Okmeydanı bölgəsində yerləşən müəssisələrin birində partlayış baş verib. AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb. Hadisənin oksigen balonlarının partlaması nəticəsində baş verdiyi bildirilir. Partlayışın baş verdiyi bölgəyə çoxlu sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.