CƏMİYYƏT


Yevlaxda sərtləşdirilmiş karantin rejiminin ilk günü

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Yevlaxda sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 00:00-dan etibarən Yevlax şəhəri tamamilə sükuta qərq olub. Bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır