SİYASƏT


Kiyevdə “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib

İyunun 15-də Ukraynanın paytaxtı Kiyevdə Milli Qurtuluş Günü ilə bağlı “Biz hamımız azərbaycanlıyıq!” adlı elmi-praktik konfrans keçirilib.
ədbirdə Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar, Türkiyə, Moldova və Türkmənistanın bu ölkədəki səfirləri, Ali Radanın deputatları - Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri Valeri Kolyux, Vladimir Kreydenko, AŞPA-nın vitse-prezidenti Aleksandr Merejko, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Valeri Kopeyka, Ukrayna XİN-i yanında Diplomatiya Akademiyasının direktoru Sergey Korsunskiy, GUAM-ın Baş katibi Altay Əfəndiyev, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycan Ticarət Evinin rəhbəri Daşqın Əhmədov, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov və Oleq Krapivin, yerli KİV rəhbərləri, soydaşlarımız iştirak ediblər.