Ağsu dolaylarında baş verən yanğının genişlənməsinin qarşısı alınıb
17.06.2020 [11:40]
Xəbərin mətni
Ötən gün Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu dolayları adlanan ərazisində 4 istiqamətdə baş verən yanğınla mübarizə səhərədək davam edib.
Ağsu rayon icra Hakimiyyəti başçısının birinci müavini Fizuli Kərimli AZƏRTAC-a müsahibəsində bildirib ki, artıq yanğının qarşısı alınıb və əraziyə nəzarət olunur. Yanğın mənbələrinin tam söndürülməsi işinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri də cəlb olunub.