CƏMİYYƏT


Astaralı arıçının təsərrüfatındakı arı ailələri naməlum səbəbdən kütləvi şəkildə qırılıb

Astara ölkə üzrə ən çox arı təsərrüfatı olan rayonlardan biridir. Bu rayonun bir çox tanınmış arıçıları var ki, onların təsərrüfatlarının məhsulları keyfiyyətinə görə seçilir. Burzubənd kənd sakini Camal Baxşıyev də onlardan biridir. O, 25 ildir arı təsərrüfatına qulluq edir. Bu illər ərzində saxladığı arı ailələrinin sayını 20-yə çatdırıb. Lakin arıçı bu il qəribə hadisə ilə qarşılaşıb. Təsərrüfatındakı arı ailələri naməlum səbəbdən kütləvi şəkildə qırılır.