CƏMİYYƏT


Badamdar yamacında sürüşmənin qarşısının alınmasına dair layihənin icrasına başlanılıb

Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün kompleks tədbirlərdən ibarət layihə işlənilib hazırlanıb. Artıq layihənin həyata keçirilməsi işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli jurnalistlərə müsahibəsində deyib.
T.Hüseynli bildirib ki, Badamdar yamacında böyük bir layihə həyata keçirilir. Uzun müddətdir bu ərazidə Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin və mütəxəssislərinin iştirakı ilə tədqiqat işləri aparılıb. Tədqiqat işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri, eləcə də Yaponiyanın şirkətləri də iştirak ediblər.