SİYASƏT


Kamran Əliyev: 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib

5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb. Sürücülərdən xahiş olunur ki, heç kim buna cəhd etməsin. Heç kim karantin postundan xahiş edib keçə biləcəyini düşünməsin. AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.