CƏMİYYƏT


Güclü külək Tovuzda bir sıra fəsadlar törədib

Ötən gündən qərb bölgəsində başlayan güclü külək Tovuzda bir sıra fəsadlar törədib. Külək elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub. Nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.
Qəza baş verən ərazilərə əlavə material göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.