MƏDƏNİYYƏT


Mürəbbə ilin bütün fəsillərində immuniteti gücləndirmək üçün çox xeyirlidir – Tovuzdan REPORTAJ

Bölgələrdə meyvə-tərəvəz yığımının davam etdiyi bu günlərdə çeşid-çeşid mürəbbə və kompot bişirərək qışa azuqə toplayanlar az deyil. Ənənəvi mürəbbədən başqa qoz, qızılgül, hətta badımcan və pomidordan da mürəbbə bişirib tədarük edənlər var.
AZƏRTAC xəbər verir ki, hazırda mürəbbə bişirilməsinin qızğın çağıdır. Nənələrimiz, analarımız qışa mürəbbə, turşu və kompot tədarüklərini görürlər.
Son vaxtlar qarpız, qoz, qızılgül mürəbbələrinə tələbat var. Hətta badımcan, pomidor kimi tərəvəzlərdən də mürəbbələr hazırlanır.