DÜNYA


İstanbulda güclü yağış və dolu yağıb

Bir neçə gün əvvəl hidrometeoroloqlar tərəfindən İstanbul üçün proqnozlaşdırılan əlverişsiz hava şəraiti bu gün öz mənfi təsirini göstərib. AZƏRTAC xəbər verir ki, şəhərin Asiya qitəsindəki bəzi bölgələrdə qəfil yağan leysan yağışları göy gurultusu ilə müşahidə olunub. Yollarda geniş miqyaslı gölməçələr yaranıb. İstanbulun ən böyük və mərkəzi rayonlarından biri olan Üsküdarda yollar keçilməz hala gəlib. Şəhərin Avropa tərəfində də güclü yağış və dolu yağıb. İstanbul boğazının üzərini qara buludlar örtüb. Yağıntının iyunun 24-dək davam edəcəyi proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır