MƏDƏNİYYƏT


Çörəyin dadlı olması üçün ona kimyəvi əlavələr qatılmamalıdır REPORTAJ

Əsrlər boyu Azərbaycan xalqı çörəyi müqəddəs hesab edib, öpüb gözlərinin üzərinə qoyub. Hər zaman kəsdiyimiz duz-çörək bizim üçün müqəddəs sayılıb, and yerimiz olub. Buna baxmayaraq, bu isti yay günlərində, xüsusən pandemiya ilə əlaqədar sərtləşdirilmiş karantin günlərində çörəkdən necə israfçılıqla istifadə etməyimiz də unudulmamalıdır. Bəs israfçılığa yol verməmək üçün nə etməliyik? Tərkibindən asılı olaraq bəzi çörəklər, ümumiyyətlə, öz təravətini ancaq bir neçə saat saxlayır. Belə isti günlərdə boyatlaşmamış və azı bir gün tərkibi dəyişmədən qalan çörəkləri necə seçmək lazımdır?