SİYASƏT


Azərbaycan hərbçiləri Moskvadakı paradda iştirak edib

Azərbaycan hərbçiləri Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edib. Bu ilki paradda 15 min hərbçi, 234 ədəd hərbi texnika, 80 təyyarə və helikopter iştirak edir. İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxıblar. Azərbaycan Silahlı Qüvvələrinin 75 nəfərdən ibarət dəstəsi tribunalar önündən keçiblər.