RƏSMİ


Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verildi.