SİYASƏT


Azərbaycan Ordusunda “Əsgərdən salam!” aksiyasına start verilib

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatşılığı ilə reallaşan “Əsgərə salam!” hərbi vətənpərvərlik sosial layihəsinə cavab olaraq Azərbaycan Ordusunda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Əsgərdən salam!” aksiyasına start verilib.
Əlahiddə Ümumqoşun Ordu, qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçularının xidmət yerlərindən, xüsusilə cəbhə bölgələrindən ictimaiyyətə, əsgər valideynlərinə, şəhid ailələrinə, müharibə veteranlarına, döyüşlərdə sağlamlığını itirən qazilərimizə, gənclərə müraciətləri təqdim ediləcək və hərbçilərimiz ardıcıl olaraq əsgər salamlarını yetirməklə xalqımızı uğur və nailiyyətləri ilə sevindirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır