Ceyranbatan su anbarı yaxınlığında yenidən yanğın baş verib
29.06.2020 [13:49]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri görülür.