Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Quba yolunda yenidən tıxac yarandı

03.07.2020 [23:38]

İkigünlük sərt karantin rejimi müddətində Bakıdan çıxmaq istəyənlər şimal istiqamətində yenidən tıxac yaratdı. Operativ Qərargahın xəbərdarlığına baxmayaraq, insanlar avtomobillərlə şəhəri tərk edib şimal rayonlarına üz tutublar.
AZƏRTAC xəbər verir ki, artıq Bakı-Quba yolunda ciddi sıxlıq müşahidə olunur.