DÜNYA


Türkiyədə baş verən partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb

Türkiyənin Sakarya vilayətinin Taşkısığı bölgəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı üç nəfərə yüksəlib, bir ağır olmaqla altı nəfər yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Sakarya valisi Çetin Oktay Kaldırım bildirib. Türkiyənin Xarici İşlər Nazirliyindən hadisə ilə bağlı aşıqlama verilib. Məlumatda bildirilir ki, partlayış Türkiyənin Baş Prokurorluğunun göstərişi ilə piroterxinki vasitələrinin istehsalı zavoduna aid partlayıcı vasitələrin Sakarya vilayətinin Taşkısığı bölgəsində yerləşən karxanada nəzarətli şəkildə partladılması məqsədilə buraya gətirildikdən sonra boşaldılması əsnasında baş verib. Meydana gələn hadisə nəticəsində ikisi partlayıcı maddələr üzrə mütəxəssis olmaqla üç nəfər həlak olub. Altı nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.