SİYASƏT


Vaqif Dərgahlı: Müdafiə Nazirliyinin məlumatlarına və rəsmi məlumatlara istinad etməyi xahiş edirik

Xalqımıza, o cümlədən KİV-lərə, sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək ancaq Müdafiə Nazirliyinin məlumatlarına və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik. Dedi-qodu, yalan məlumatın yayılması düşmən dəyirmanına su tökmək deməkdir. Xahiş edirik ki, ancaq rəsmi məlumatlara istinad olunsun.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı sosial şəbəkələrdə guya müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirilməsi ilə bağlı əsassız məlumatların, dedi-qoduların, söz-söhbətlərin yayıldığını bildirib.