SİYASƏT


Azərbaycan səfiri İspaniyanın televiziya kanalına Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı müsahibə verib

İspaniyada və Latın Amerikası ölkələrində geniş izləyici kütləsinə malik olan “Tu Voz en Pinares” televiziya kanalı Ermənistanın ölkəmizə qarşı sonuncu hərbi təxribatı ilə bağlı Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə götürüb.
AZƏRTAC xəbər verir ki, müsahibə zamanı televiziya kanalı səfir A.Məhərrəmova Ermənistanın təxribatyönümlü addımlarına, bu cür hüquqazidd əməllərinə Azərbaycanın münasibəti, beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.