SİYASƏT


Münhendə Azərbaycan xalqına və Azərbaycan Ordusuna dəstək ifadəsi olan növbəti kütləvi aksiya keçirilib

Bavariya paytaxtındakı “Azərbaycan Evi”nin təşəbbüsü ilə şəhərin mərkəzi Marienplas meydanında Bavariyada və yaxınlıqdakı federal əyalətlərdə yaşayan həmvətənlərimiz genişmiqyaslı etiraz aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, mitinqdə 200-ə qədər şəxsin iştirak etməsinə icazə verildiyinə baxmayaraq, təxminən 500 nəfər gəlmişdi. Buna görə, şənbə günü Berlində keçirilən aksiyada olduğu kimi, öz həmrəyliyini ifadə etməyə gəlmiş azərbaycanlıların çox hissəsi mitinqin keçirilməsinə icazə verilmiş sahənin ətrafında toplaşmışdı.