Ankarada Azərbaycana dəstək aksiyaları keçirilib
20.07.2020 [14:20]
Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarışa növbəti dəfə genişmiqyaslı hücumu Türkiyədəki soydaşlarımızın hiddətinə səbəb olub. Paytaxt Ankarada dövlətimizə və şanlı ordumuza dəstək aksiyaları davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, bu dəfə Türkiyə dövlətinin və xalqının Azərbaycana dəstəyinə minnətdarlıq əlaməti olaraq Ankara şəhərində izdihamlı yürüş keçirilib. İştirakçılar Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbiri ziyarət ediblər.