SİYASƏT


Prezidentin köməkçisi: Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu hər zaman yeni gərginliyə yol aça bilər

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, verilişdə Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirib.