SİYASƏT


Ermənistanın BMT-dəki nümayəndəliyi qarşısında aksiya keçirilib

İyulun 24-də Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının qərargahı və Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı izdihamlı etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilmiş aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, Birləşmiş Ştatların müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu-York, Nyu-Cersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır