SİYASƏT


Səfir:Ukraynada ermənilər soydaşlarımızı təxribata çəkir

Son günlər dünyada, o cümlədən Ukraynada ermənilərin azərbaycanlılara qarşı aqressiv və vandal hərəkətləri terror elementlərini özündə ehtiva edir. Çünki, terrorizm həmişə Ermənistan dövlətinin fəaliyyətinin tərkib hissəsi olub. Erməni silahlı birləşmələrinin iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribata qarşı dünya azərbaycanlılarının keçirdiyi dinc aksiyalarda radikal erməni qrupları soydaşlarımıza fiziki güc tətbiq edir. AZƏRTAC xəbər verir ki, bu fikri Xarkov şəhərində Azərbaycanın diaspor fəalları ilə görüşündə ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova söyləyib.