CƏMİYYƏT


Gəlirli giləmeyvə olan qarağatın Ağstafada yığımı yekunlaşır

Hazırda Ağstafada yaylıq meyvələrin yığımı aparılır. Fermerlər bəzi meyvələri toplasa da, bəzilərinin hələ də mərhələli şəkildə ağaclardan və kollardan yığımı gedir.
AZƏRTAC xəbər verir ki, qarağat kənd təsərrüfatı məhsulları içərisində ən çox alınan və tələbatın olduğu meyvələrdəndir. Mərhələli şəkildə yetişdikcə əl ilə salxım-salxım yığılan qarağat əziyyətli toplansa da, yaxşı qiymətə satılır.