SİYASƏT


Bolqarıstan radiosunda Ermənistan-Azərbaycan münaqişəsi barədə veriliş yayımlanıb

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın nüfuzlu “Darik” radiosunda yayımlanan populyar “Darik kafe” verilişinə canlı müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə diplomat Ermənistanın Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə bolqar dinləyiciləri məlumatlandırıb.
Qeyd edilib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat ölkəmizə qarşı təcavüz aktıdır. Təxribat nəticəsində Azərbaycan tərəfdən 11 hərbi qulluqçu və 76 yaşlı əlil mülki şəxs həlak olub.