SİYASƏT
Bolqarıstanın “TV Avropa” telekanalı Ermənistanın təxribatı barədə veriliş yayımlayıb
31.07.2020 [13:40]
Xəbərin mətni
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın bu ölkənin “TV Avropa” telekanalının “Avropa sabahı” verilişində müsahibəsi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, səfir Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat, qonşu dövlətin aqressiv strategiyası, COVID-19-a qarşı mübarizə çərçivəsində Azərbaycanın Bolqarıstanla əməkdaşlığı, ölkəmizin pandemiya ilə mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü, pandemiyanın respublikamızın neft və qaz sənayesinə təsiri ilə bağlı sualları cavablandırıb.