SİYASƏT


Türkiyəli həkimlərin qurban payı

Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Qarabağdan sonra qərb bölgəsində, Erməni təxribatının baş verdiyi Tovuz rayonunda Azərbaycan Respublikası Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin İdarə heyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə müharibə veteranları, şəhid ailələri, məcburi köçkün və müharibə əlilləri, həmçinin bu qəbildən olan insanlar ziyarət edilərək onlara qurban bayramı sovqatları paylanıb.