Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda leysan xarakterli yağış fəsadlar törədib, çaylara sel gəlib

04.08.2020 [16:10]

Xəbərin mətni

İsmayıllıda leysan xarakterli yağış rayon ərazisində bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, rayondan keçən Qarasu adlanan çayda sel sularının dağlardan gətirdiyi ağac kötükləri Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisində su ötürücülərinin qarşısını kəsib. Nəticədə su yığılaraq avtomobil yolunun hərəkət hissəsinə daşıb və nəqliyyatın hərəkəti məhdudlaşıb.